Borusan Cat Azərbaycan tərəfindən "Müştəri görüşü-2023" adlı tədbir keçirilib
1 May tarixində Borusan Cat Azərbaycan tərəfindən Müştəri günü 2023 adlı tədbir keçirilib. Borusan Cat Azərbaycan ölkəmizdəki fəaliyyətinin 26-cı il dönümündə inşaat və yaxın sahədə fəaliyyət göstərən müştərilərini tədbirə dəvət etmiş və tədbirdə ümumilikdə 250 şirkət nümayəndəsi iştirak edib. Tədbirdə Borusan Cat Azərbaycanın yeni məhsulları və həlləri müştərilərinin diqqətinə çatdırmaqdan ibarət idi.
Tədbir zamanı çıxış edən Borusan Cat İdarə Heyətinin Sədri Özgür Günaydın qardaş ölkə Azərbaycanda Borusan Cat-in yatırımlarından danışıb və ölkəmizin iqtisadiyyatının gələcəkdə də yüksək potensiala sahib olduğunu qeyd edib.
Tədbirdə həmçinin, Borusan Cat Azərbaycan tərəfindən Boom 360 tətbiqi təqdim edilmiş, həmin tətbiq vasitəsilə auksion elan edilib. Auksiondan (hərracdan) yığılacan qazanc Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəznində laborotoriyanın qurulması üçün ianə ediləcək.
Nəzərinizə çatdıraq ki, Boom 360 tətbiqi vasitsilə Borusan Cat Azərbaycan müştəriləri sorğularını online şəkildə göndərə və Borusan Cat Azərbaycanın xidmətlərindən rəqəmsal şəkildə istifadə edə bilərlər.
Qardaş ölkə Azərbaycandakı fəaliyyəti ilə bağlı danışan Borusan Cat Azərbaycanın direktoru Ömer Emre Demirkale “qardaş ölkə Azərbaycandakı mövcudluğumuzdan məmnuniyyət hissi duyuruq” şəklində açıqlama vermişdi.
Qeyd edək ki, Borusan Makina ve Güç Sistemleri, Borusan Qrupunun Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Qırğızıstanda fəaliyyət göstərən distribüter şirkətlərindən biridir. 1997-ci ildə Bakıda təsis edilən Borusan Makina ve Güç Sistemleri, 1994-cü ildən etibarən "Caterpillar" məhsullarının rəsmi dileri olan Türkiyə Borusan Makina şirkətinin bir hissəsi olaraq fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti tikinti və dağ-mədən texnikalarının, dizel və qaz generatorlarının satışından, ikinci əl satışından, kirayəsindən və təmirinin təşkilindən ibarətdir. Eyni zamanda həmin texnika və generatorların ehtiyat hissələrinin satışını da həyata keçirir.
1997-ci ildən etibarən, Borusan Cat Azərbaycan şirkəti “Caterpillar”ın müxtəlif sahələrdə istifadə olunan avadanlıq və texnikalarının təchizatını təmin edir:

Şərhlər: 0
Şərh yaz