Azinfo » İqtisadiyyat » Sahibkarlıq » Azərbaycanda ESG sahəsi üzrə milli standartlar hazırlanıb

Azərbaycanda ESG sahəsi üzrə milli standartlar hazırlanıb

Tarix : 20-09-2024   /   İqtisadiyyat / Sahibkarlıq  

 Ekoloji Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid Rəqəmsal Platforma ESG təşəbbüslərini kordinasiya etməklə yanaşı gələcək prioritetlərimizi də müəyyənləşdirməyə imkan verəcək.

Azinfo.az xəbər verir ki, bunu sözügedən Vahid Rəqəmsal Platforma Konsepsiyasının təqdimatı zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev deyib.
O, bildirib ki, bu sahədə milli-irsi standartların qəbul olunması ilə bağlı KOBİA tərəfindən müvafiq layihə hazırlanıb və hazırda razılaşma mərhələsindədir:

"Bu milli ESG standartlarına beynəlxalq tələblərin inteqrasiyası və sinxronizasiyasını qarşımıza hədəf qoymuşuq".

Şərhlər: 0

Şərh yaz