Azinfo » İqtisadiyyat » Sahibkarlıq » İsrail şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib

İsrail şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib

Tarix : 05-04-2022   /   İqtisadiyyat / Sahibkarlıq  

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozov Bakıda keçirilən Azərbaycan-İsrail Ticarət Palatasının iclasında iştirak ediblər.

M. Cabbarov bu barədə “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, iclasda iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, İKT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı barədə səmərəli müzakirələr aparılıb.

Şərhlər: 0

Şərh yaz