Azinfo » İqtisadiyyat » Sahibkarlıq » “Veysəloğlu"dan qiymət dəyişikliklərinə dair aylıq

“Veysəloğlu"dan qiymət dəyişikliklərinə dair aylıq

Tarix : 11-05-2022   /   İqtisadiyyat / Sahibkarlıq  
Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il aprel ayının qiymət indeksini açıqlayıb.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin aprel ayı üzrə şirkət (“Araz” supermarketlər şəbəkəsi və “Oba” marketlər şəbəkəsi) müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin aprel ayına nisbətən 14,6% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin aprel ayına nisbətən 16,5% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 15,1% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 4,5% artım izlənilib. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.

Şərhlər: 0

Şərh yaz