Azinfo » İqtisadiyyat » Sahibkarlıq » Azərbaycana idxal edilən məhsulların dəyəri 15% artıb

Azərbaycana idxal edilən məhsulların dəyəri 15% artıb

Tarix : 11-05-2022   /   İqtisadiyyat / Sahibkarlıq  
Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal edilən məhsulların dəyəri 15% artaraq 4,1 mlrd. ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən  nverilən məlumata görə, idxal edilən yeyinti məhsulları ümumi idxalın 17,3% təşkil edib.

“İdxal edilən məhsulların strukturuna baxdıqda əsas hissəni maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri tutub. Sözügedən istiqamət üzrə idxalın çox olmasının əsas səbəbi aşağı, orta və yüksək texnoloji məhsulların bir qrupda cəmlənməsi ilə birbaşa bağlıdır”, - məlumatda bildirilir.

İqtisadiyyatın bütün sektorları üçün tələb edilən kapital tutumlu məhsullar, habelə, vətəndaşlar tərəfindən ev şəraitində istifadə olunan avadanlıqların hər biri bu qrupda cəmləşib. Müxtəlif sinifli texnologiya məhsullarının və onların avadanlıqlarının ümumi idxalda payı 25% təşkil edib.

Şərhlər: 0

Şərh yaz