Azinfo » İqtisadiyyat » Sahibkarlıq » Azərbaycanda qiymətləndirmə bazarında intizamsızlıq yaranıb

Azərbaycanda qiymətləndirmə bazarında intizamsızlıq yaranıb

Tarix : 20-05-2022   /   İqtisadiyyat / Sahibkarlıq  
"Azərbaycanda dövlət qurumlarının dəstəyilə qiymətləndirmə ilə bağlı bazarda intizamsızlıq yaranıb"

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 7-ci hesabat-seçki konfransında Cəmiyyətinin sədri Nüsrət İbrahimov deyib. Bildirib ki, Azərbaycanda 2002-ci ildən lisenziyaların böyük hissəsi, o cümlədən qiymətləndirmə fəaliyyəti ilə bağlı lisenziyalar ləğv edilib: "Ancaq qanunda bununla bağlı müddət qalıb. Bundan istifadə edərək müvafiq dövlət qurumlarının dəstəyi və qeyri-dövlət təşkilatlarının dəstəyi ilə bu gün bazarda intizamsızlıq müşahidə edirik. Baxmayaraq ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti müvafiq qərarlar qəbul edib, amma bunun qarşısını almaq mümkün olmayıb".

Şərhlər: 0

Şərh yaz