Azinfo » İqtisadiyyat » Sahibkarlıq » Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı açıqlanıb

Tarix : 13-06-2022   /   İqtisadiyyat / Sahibkarlıq  
Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 297,3 min vahid artıb və bu il iyun ayının birinə 1 699,3 minə çatıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 250,1 min vahid artaraq 790,0 min olub.

Bildirilir ki, 3 ildən çox müddətdə ölkədə həyata keçirilən təşviq əsaslı vergi siyasəti, əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlər görülüb.

Şərhlər: 0

Şərh yaz