Saratovdan Azərbaycana biznes missiyalar təşkil olunacaq
Bu il Saratov vilayətinin istehsalçıları Azərbaycana təşkil olunacaq biznes missiyalarında iştirak edə biləcəklər.
Rusiya mətbuatına xəbər verir ki, bu barədə Saratov vilayəti hökumətinin iclasında çıxış edərkən regionun iqtisadi inkişaf naziri Andrey Razborov deyib.
Onun sözlərinə görə, bununla yanaşı, Saratov sahibkarları həm Azərbaycanda, həm də Türkiyə və Özbəkistanda keçiriləcək beynəlxalq sərgilər çərçivəsində öz məhsullarını təqdim edəcəklər.
Nazirin sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda, ixracyönümlü kiçik və orta sahibkarlara dəstək, logistika zəncirlərinin restrukturizasiyası və ölkə biznesinin prioritetləri birinci yerdədir.
“Biznesin maraqlarına diqqət yetirməklə, siyasi vəziyyət və qarşılıqlı ticarətin milli valyutaya çevrilməsi imkanları nəzərə alınmaqla istehsalçılarımız üçün prioritet istiqamətlər müəyyən edilib”, - deyə nazir qeyd edib.
Şərhlər: 0
Şərh yaz