Azinfo » İqtisadiyyat » Sahibkarlıq » Azərbaycanda traktor istehsalı avqustda kəskin artıb

Azərbaycanda traktor istehsalı avqustda kəskin artıb

Tarix : 14-09-2022   /   İqtisadiyyat / Sahibkarlıq  
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 404 traktor istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 6,5% azalıb.

Təkcə avqust ayında 101 traktor buraxılıb ki, bu da iyul ayı ilə müqayisədə 2,3 dəfə və ya 57 ədəd çoxdur.
Sentyabrın 1-nə hazır məhsul ehtiyatı isə 27 traktor təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 651 traktor istehsal olunub ki, bu da 2020-ci il ilə müqayisədə 2,2 dəfə çoxdur.

Şərhlər: 0

Şərh yaz