Azərbaycan və Yaponiyanın qadın sahibkarları əməkdaşlığı müzakirə edib

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri ilə Yaponiya qadın sahibkarları arasında görüş keçirilib.
Qörüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Yapon qadın sahibkarlarının ölkəyə səfərinin məqsədi, istehsal etdikləri məhsullarını həm Azərbaycanda, həm də Azərbaycan üzərindən digər ölkələrdə satışını təmin etməkdir.
Bu istiqamətdə Azərbaycanda müvafiq araşdırmalar aparılıb.
Yaponiyalı qadın sahibkarlar ölkələr arasında əməkdaşlığa töhfə vermək üçün AQSİA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Şərhlər: 0
Şərh yaz
