Şahin Bağırov qeyri-qanuni daşımaların qarşısını almağı əsas vəzifə sayıb
“Biznes nümayəndələri, biznesin formalaşmasında rolu ilan ixracatçı və idxalçılar əvvəlcədən bəlli prosedurların olmasını məsələ kimi ortaya qoyurlar. Burada çərçivələrin müəyyən edilməsi vacibdir”.Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“Hesab edirik ki, bu, hər iki tərəfin, xüsusilə gömrük orqanlarının üzərinə böyük məsuliyyət qoyur. Gömrük orqanlarının əsas fəaliyyəti gömrük ödənişlərinin yığılmasının nəzərdən keçirilməsi olmamalıdır. Mən də belə düşünürəm ki, gömrük orqanları daha çox vergi ticarətinin dəstəklənməsinə və hüquq-mühafizə fəaliyyətinə istiqamətlənməlidir ki, ölkəmizə qeyri-qanuni daşımaların qarşısını alsın”, - deyə Şahin Bağırov bildirib.
Şərhlər: 0
Şərh yaz
