Azinfo » İqtisadiyyat » Sahibkarlıq » Orxan Məmmədov: Bankların faiz dərəcəsi yüksəkdir

Orxan Məmmədov: Bankların faiz dərəcəsi yüksəkdir

Tarix : 19-01-2023   /   İqtisadiyyat / Sahibkarlıq  
"Banklarımızın müəyyən faiz dərəcəsi var. Əlbəttə, onlar yüksəkdir".

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

"Hazırda deyə bilmərik ki, bu faizlər azalacaq. Amma dövlətin güzəştli kredit mexanizmi var ki, sahibkarlar bundan uğurlu şəkildə istifadə edirlər. Bəzən problem onda yaranır ki, sahibkarlar sənədləri düzgün təqdim etmirlər. Mərkəzi Bankla bizim biznes masamız fəaliyyət göstərir. Müxtəlif sahibkarlar bu masanın üzvüdür. Sahibkarların müəyyən problemlərini dinləyə bilirik",- deyə Orxan Məmmədov bildirib.

Şərhlər: 0

Şərh yaz