Azinfo » İqtisadiyyat » Sahibkarlıq » Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçirilib

Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçirilib

Tarix : 07-03-2023   /   İqtisadiyyat / Sahibkarlıq  
Bu gün Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanın tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş sayca 3-cü “Açılış Zəngi” mərasimi keçirilib.

Açılış mərasimində Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Əməkdaşlıq üzrə regional direktorun müavini, Missiya Rəhbərinin müavini Cənab Alberto Hernandez, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu Gürcüstan üzrə ölkə təmsilçisi Kaori İşikava, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq əlaqələr və prokotol xidmətinin konsultantı Zahidə İsrafilova, BMTİP Azərbaycan Proqram Rəhbəri Leyla Fəthi, BMTİP Azərbaycan Layihə Rəhbəri Aygün Əhmədova, Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti əməkdaşı Nilüfər Əliyeva, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi korporativ xidmətlər departamentinin rəhbəri Esli Dilbazi, Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva, Freedom Finance Azerbaijan biznes prosesləri və layihə meneceri Leyla Qaralova, Accesbank insan resursları üzrə icraçı direktor Nigar Hüseynzadə, Azfinans İnvestisiya şirkəti beynəlxalq bazarlar departamentini mütəxəssisi Şəms Kərimova və BMTİP global təşəbbüs proqramı olan WEPs proqram eksperti Fidan Qasımova çıxış ediblər.

Şərhlər: 0

Şərh yaz