Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycan elektrik enerjisinin istehsalını 8%-dək artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını 8%-dək artırıb

Tarix : 12-04-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Bu ilin birinci rübündə Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,7% artaraq 7756.2 mln. kVt-saat təşkil edib, ixrac 1 238,9 mln. kVt-saat, idxal isə 31,3 mln. kVt-saat səviyyəsində olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

“I rübdə operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,7% artaraq 7756,2 mln. kVt-saat, ixrac 1238,9 mln. kVt-saat, idxal isə 31,3 mln. kVt-saat olub”, - paylaşımda qeyd olunur.

Məlumata görə, yanvar-mart aylarında istilik elektrik stansiyaları üzrə 7387,4 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 368,8 mln kVt-saat elektrikenerjisi istehsal edilib.

Şərhlər: 0

Şərh yaz