Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Cari ildə Azərbaycanın neft nəqlinin 76,3%-i BTC-nin payına düşüb

Cari ildə Azərbaycanın neft nəqlinin 76,3%-i BTC-nin payına düşüb

Tarix : 17-04-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Cari ilin birinci rübündə magistral neft kəmərləri ilə 9500,8 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 76,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 7244,5 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,9%-ni və ya 6223,7 min tonunu Azərbaycanda hasil edilən neft, 14,1%-ni və ya 1020,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Şərhlər: 0

Şərh yaz