Azinfo » İqtisadiyyat » Sənaye və energetika » "Azeri Light" neftinin qiyməti 85 dollardan aşağı enib

"Azeri Light" neftinin qiyməti 85 dollardan aşağı enib

Tarix : 26-04-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,86 ABŞ dolları və ya 1,16% azalaraq, 84,4 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

Şərhlər: 0

Şərh yaz