Azinfo » İqtisadiyyat » Sənaye və energetika » “Azpetrol” sayca 100-cü YDM-ni “Zəfər yolu” üzərində istismara verib

“Azpetrol” sayca 100-cü YDM-ni “Zəfər yolu” üzərində istismara verib

Tarix : 16-05-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” brendi bu gün önəmli hadisəni qeyd edir – şirkətimizin sayca 100-cü yanacaqdoldurma məntəqəsi işğaldan azad olunmuş Füzuli şəhərində istismara verilib. Hadisəni önəmli edən həm yanacaqdoldurma məntəqəsinin “Zəfər yolunun” üzərində yerləşməsi, həm də 2023-cü ilin Azərbaycan xalqının Ümumilli Liderinin anadan olmasının 100-cü il dönümü münasibəti ilə “Heydər Əliyev” ilinin qeyd edilməsi ilə bağlıdır.

Azinfo.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu gün istismara verilən modul tipli “Füzuli YDM” işğaldan azad olunmuş ərazilərdə “Azpetrol”-un sayca 4-cü məntəqəsidir. Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Premium və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 4 yeni iş yeri yaradılıb. Beləliklə, “Ağalı YDM”, “Hadrut YDM” və “Suqovuşan YDM”-nin işçilərini nəzərə alaraq, “Azpetrol” şirkəti işğaldan azad edilmiş ərazilərdə artıq 17 daimi iş yerinin açılmasını təmin edib.

“Azpetrol” şirkəti Strateji inkişaf planına uyğun olaraq, Azərbaycanın yanacaqdoldurma bazarında lider mövqeyini bundan sonra da möhkəmləndirəcək, yanacaqdoldurma şəbəkisini və əhatə dairəsini genişləndiriləcək, təklif edilən xidmətlərin çeşidi və keyfiyyəti daim artırılacaq.
Azpetrol şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 100 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən artıq yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

Azpetrol – Daim inkişafa doğru!

Şərhlər: 0

Şərh yaz