Azərbaycanda əmtəəlik qaz hasilatı artıb, neft hasilatı isə azalıb
Bu ilin yanvar-aprel aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,3 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1% azalıb.
Bu barədə Azinfo.az “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 16 527,3 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 3,9% azdır.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
Məlumata əsasən, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 10 202,5 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 12 215,2 mln. kub metr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% azalıb, əmtəəlik qaz hasilatı isə 1,9% artıb”, - hesabatda qeyd olunur.
Xam neft və təbii qaz hasilatı:
Bu barədə Azinfo.az “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 16 527,3 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 3,9% azdır.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
Fəaliyyət növlərinin adı | 2023-cü ilin yanvar- aprel aylarında istehsal edilmişdir, milyon manat | Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə |
Mədənçıxarma sənayesi | 17303,8 | 95,9 |
Xam neft və təbii qaz hasilatı | 16527,3 | 96,1 |
Metal filizlərinin hasilatı | 107,3 | 89,1 |
Mədənçıxarma sənayesinin digər sahələri | 61,3 | 94,4 |
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi | 607,9 | 83,9 |
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% azalıb, əmtəəlik qaz hasilatı isə 1,9% artıb”, - hesabatda qeyd olunur.
Xam neft və təbii qaz hasilatı:
Məhsul növləri | 2023-cü ilin yanvar- aprel aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton | 10227,9 | 92,0 | 269,1 |
ondan əmtəəlik | 10202,5 | 92,0 | 269,1 |
Təbii qaz, milyon kub metr | 16142,1 | 102,5 | - |
ondan əmtəəlik | 12215,2 | 101,9 | - |
Şərhlər: 0
Şərh yaz