Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Rusiya MDB-yə daxil olmayan ölkələrə neftin ixracını artırıb

Rusiya MDB-yə daxil olmayan ölkələrə neftin ixracını artırıb

Tarix : 05-04-2022   /   İqtisadiyyat / Sənaye və energetika  

Rusiya bu ilin mart ayında MDB-yə daxil olmayan ölkələrə neft ixracını təxminən 5% artıraraq sutkada 4,75 mln. barelə çatdırıb.

Bu barədə “Energy Intelligence” Rusiya Federasiyasının Energetika Nazirliyinə istinadən məlumat yayıb.

“Rusiya martda MDB-ya daxil olmayan ölkələrə neft ixracını təxminən 5% artırıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, bir çox ekspertlər sanksiyalar və şirkətlərin (“Shell”, “TotalEnergies” və BP) etiraz əlaməti olaraq Rusiya ilə ticarəti azaltmaq barədə könüllü qərarları səbəbindən yaxın həftə və aylarda ölkənin neft ixracının azalacağını gözləyir.

Şərhlər: 0

Şərh yaz