Aİ Azərbaycanı enerji təchizatı üçün alternativ hesab edir

Avropa İttifaqı Rusiya qazından asılılığı azaltmaq üçün çox işlər görüb.
Bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson telemarafon zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, bazarda əməkdaşlığa hazır olan başqa ölkələr də var.
“Avropa Komissiyası bütün Aİ üzvlərinə öz enerji aslılığını azaltmaq üçün səylərini gücləndirməyi tövsiyə edir. Biz ölkələrimizə enerji daşıyıcılarının tədarükü üçün alternativ istiqamətlər axtarırıq. Bu, məsələn, Azərbaycan və başqa ölkələrdir”, - deyə K. Simson qeyd edib.
Şərhlər: 0
Şərh yaz
