Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycan neftinin qiyməti həftə ərzində 3,6% artıb

Azərbaycan neftinin qiyməti həftə ərzində 3,6% artıb

Tarix : 26-03-2022   /   İqtisadiyyat / Sənaye və energetika  

Həftə ərzində (21 – 25 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 122,32 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 13,64 dollar və ya 12,55% çoxdur.

Azinfo.az "APA-Economics"in məlumatına istinadən bildirir ki, həftə ərzində ən yüksək göstərici (III gün) – 125,57 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 119,31 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 4,3 dollar və ya 3,6% artıb.

Şərhlər: 0

Şərh yaz