Azinfo » İqtisadiyyat » Sənaye və energetika » "Azəristiliktəchizat": Qiymət artımı gündəmdə deyil

"Azəristiliktəchizat": Qiymət artımı gündəmdə deyil

Tarix : 15-04-2022   /   İqtisadiyyat / Sənaye və energetika  

"Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edirlər".

Bunu "Azəristiliktəchizat" ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, istehlakçılar arasında sorğu keçirib monitorinq aparıblar və əhali tarifin 15 qəpikdən 22-25 qəpiyə qaldırılmasına razı olub: "Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil", - deyə o, əlavə edib.

Şərhlər: 0

Şərh yaz