Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı artmağa davam edir

Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı artmağa davam edir

Tarix : 15-04-2022   /   İqtisadiyyat / Sənaye və energetika  

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 10 769,6 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,7% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 46,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Belə ki, hesabat dövründə bu kəmərlə 5 026,1 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).

Şərhlər: 0

Şərh yaz