Azinfo » İqtisadiyyat » Sənaye və energetika » AÇG və “Şahdəniz”dən indiyədək 589 mln. ton neft ixrac edilib

AÇG və “Şahdəniz”dən indiyədək 589 mln. ton neft ixrac edilib

Tarix : 12-05-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
“Azəri-Çıraq-Günəşli” neft-qaz yatağları bloku və “Şahdəniz” qaz-kondensat yatağı yataqları istismara veriləndən 01 may 2022-ci il tarixinədək 589 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, “Azəri- Çıraq-Günəşli”dən 553 milyon ton neft, “Şahdəniz”dən isə 36 milyon ton kondensat çıxarılıb.

Məlumata görə, AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 may tarixinədək 589 milyon ton neft ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 01 may tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 166 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 114 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.

Şərhlər: 0

Şərh yaz