Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycanda neftin emalı azalıb

Azərbaycanda neftin emalı azalıb

Tarix : 12-05-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Azərbaycanda neftin emalı 2022-ci ilin yanvar-aprel aylarında 1,8 milyon ton təşkil edib.

Energetika Nazirliyindən verilən məlumata görə, neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 210 min ton az olub.
Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidən qurma və modernləşdirmə işləri aparılıb.

Qeyd edək ki, bu ilin aprelində NEZ-in işi planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır. Zavodun işi may ayının sonunda bərpa ediləcək.

Şərhlər: 0

Şərh yaz