Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycan bu il 9,5 mln. tona yaxın neft satıb

Azərbaycan bu il 9,5 mln. tona yaxın neft satıb

Tarix : 23-05-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Bu ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 3 041 983,26 min ABŞ dolları dəyərində 4 373 725,39 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 539 175,9 min dollar dəyərində 790 540,03 ton neft ixrac edib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Portuqaliya tutur. Yanvar-aprel ayında bu ölkəyə 400 522,39 min dollar dəyərində 573 651,07 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 21 ölkəyə 6 544 674,13 min dollarlıq 9 481 168,95 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın 2022-ci ilin yanvar-aprel aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin həcminə görə) təqdim edir:
#ÖlkələrMiqdar, tonMəbləğ, min $
-Cəmi9 481 168,956 544 674,13
1İtaliya4 373 725,393 041 983,26
2İsrail790 540,03539 175,9
3Portuqaliya573 651,07400 522,39
4Böyük Britaniya523 579,49391 081,27
5Ukrayna506 349,3304 515,94
6Hindistan406 773,55316 138,8
7İspaniya385 525,62265 458,72
8Tailand368 473,28231 496,55
9Almaniya260 821,28181 814,73
10Tunis247 323,01174 928,03
11Rumıniya170 203,55103 202,37
12Çexiya163 459,9489 192,64
13Vyetnam137 774,98117 729,67
14Türkiyə136 436,3869 611,97
15Xorvatiya90 841,1478 130,53
16İsveçrə89 505,4376 076,74
17İrlandiya88 077,5850 060,05
18Belarus84 893,3157 590,07
19Avstriya82 901,0355 781,16
20Rusiya311,9181,88
21Gürcüstan1,71,44

Şərhlər: 0

Şərh yaz