Azinfo » İqtisadiyyat » Sənaye və energetika » İspaniya investisiyaları Azərbaycanın sənaye zonalarında cəlb olunur

İspaniya investisiyaları Azərbaycanın sənaye zonalarında cəlb olunur

Tarix : 24-05-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
İspaniya şirkətlərinin Azərbaycanın sənaye zonalarında investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, qeyd olunan məsələyə dair müzakirələr Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayevlə, İspaniyanın “Factorenergia S.A.” şirkətinin baş icraçı direktoru Emili Rousaud Paresl arasında keçirilən görüşdə aparılıb.

İZİA-nın İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, mövcud imkanlar, o cümlədən işğaldan azad edilən ərazilərimizdə yaradılan sənaye parklarının iqtisadi, nəqliyyat-tranzit potensialı barədə məlumat verib, İspaniyadan olan iş adamlarını sənaye zonalarında yaradılan investisiya mühitindən yararlanmağa dəvət edib.

Şərhlər: 0

Şərh yaz