Avropada qazın qiyməti 1 200 dollar səviyyəsində qərarlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 210 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
29 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 211,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,9% çoxdur.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Şərhlər: 0
Şərh yaz
