Azərbaycanla Şotlandiya arasında enerji keçidi ilə bağlı məsələlər müzakirə olunub
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Şotlandiyanın enerji və nəqliyyat naziri Michael Matheson ilə görüşüb.Nazir bu barədə "Twitter" hesabında yazıb.
O bildirib ki, görüşdə enerji keçidi ilə bağlı məsələlər müzakirə olunub.
"Neft-qaz məkanı Şotlandiyada "xalis sıfır", enerji və nəqliyyat naziri Michael Matheson ilə enerji keçidi ilə bağlı məsələləri müzakirə etdik.
Azərbaycan və Şotlandiyanın enerjidə inkişaf yolu bir-birinə bənzəyir", - nazir qeyd edib.
Şərhlər: 0
Şərh yaz
