Azinfo » İqtisadiyyat » Sənaye və energetika » İyunda Azərbaycanın gündəlik xam neft hasilatı 523,5 min barrel olub

İyunda Azərbaycanın gündəlik xam neft hasilatı 523,5 min barrel olub

Tarix : 15-07-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barrel olub.
Energetika Nazirliyindən verilən məlumata görə, bunun 523,5 min barrelini xam neft, 108,9 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilən razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barrel artırılaraq 696 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barrel həcmində olması nəzərdə tutulurdu.

Şərhlər: 0

Şərh yaz