Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycandan bu il Türkiyə və Avropaya 11 mlrd. kubmetr qaz nəql edilib

Azərbaycandan bu il Türkiyə və Avropaya 11 mlrd. kubmetr qaz nəql edilib

Tarix : 05-09-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Bu il Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə Türkiyə və Avropaya ümumilikdə 11 mlrd. kubmetr qaz nəql edilib.

Bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

“Türkiyə TANAP ilə 3,7 mlrd. kubmetr, cəmi 5,4 mlrd. kubmetr, Avropa isə 7,3 mlrd. kubmetr Azərbaycan qazı ilə təchiz olunub”, - paylaşımda bildirilir.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Şərhlər: 0

Şərh yaz