Avropada qazın qiyməti 2 100 dollardan aşağı enib
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 100 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.12 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 086,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 152 dollar) ilə müqayisədə 3% azdır.
Şərhlər: 0
Şərh yaz
