Energetika Nazirliyi və AYİB arasında memorandum imzalanacaq
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB-EBRD) prezidenti Odile Renaud-Basso Cənub Qaz Dəhlizinin (CGD) genişləndirilməsinə maliyyə dəstəyi məsələsini müzakirə ediblər.Bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.
“Biz Odile Renaud ilə CGD-nin genişləndirilməsinə maliyyə dəstəyi və yaşıl enerji üzrə çoxşaxəli əməkdaşlığımızın prioritetləri barədə səmərəli müzakirələr apardıq. Nazirlik və AYİB arasında enerji sektorunun inkişafına texniki dəstək haqqında memorandum imzalamağı planlaşdırır”, - paylaşımda bildirilir.
Şərhlər: 0
Şərh yaz
