Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Avropada qazın qiyməti 2 100 dollara yaxınlaşıb

Avropada qazın qiyməti 2 100 dollara yaxınlaşıb

Tarix : 14-09-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 100 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb

13 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 091,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 000,2 dollar) ilə müqayisədə 4,6% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər: 0

Şərh yaz