BP kibertəhlükəsizlik laboratoriyalarının qurulması istiqamətində müzakirələr aparır
Hazırda Xəzər dənizində bizə həvalə olunan layihələr üzrə 8 platforma fəaliyyət göstərir.Bunu BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda keçirən konfransda çıxışı zamanı deyib.
"Hər hansı fors-major hal zamanı insanlar bu platformalara təxliyə edilə bilər. Bizim sənaye üçün də kibertəhdidlər artmaqdadır. Risklərin azaldılması istiqamətində tədbirlər görülür. Üç universitetlə kibertəhlükəsizlik laboratoriyalarının qurulması istiqamətində müzakirələr aparırıq", - o əlavə edib.
Şərhlər: 0
Şərh yaz
