Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Avropada qazın qiyməti 1 100 dollardan aşağı düşüb

Avropada qazın qiyməti 1 100 dollardan aşağı düşüb

Tarix : 19-10-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin 15 iyun tarixindən ilk dəfə olaraq 1 100 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

18 noyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 090,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 15,9% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər: 0

Şərh yaz