Azinfo » İqtisadiyyat » Sənaye və energetika » İranda yeni neft yataqları kəşf olunub

İranda yeni neft yataqları kəşf olunub

Tarix : 06-12-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
İranda yeni neft yataqları kəşf olunub.

Bunu İranın Milli Neft Şirkətinin kəşfiyyat işləri üzrə şöbə rəisi Mehdi Fəkur deyib.

O bildirib ki, yeni neft ehtiyatları ölkənin cənub-qərbində aşkar edilib.

Mehdi Fəkur həmçinin, Körfəzin sularında dəniz kəşfiyyat blokunun iranlı mütəxəssislər tərəfindən layihələndirildiyini bildirib: "Bu kəşfiyyat blokunda qaz ehtiyatlarının həcmi 30 trilyon kub futdan çoxdur".

O, İranın ilk dəfə neft və karbohidrogen yataqlarının müəyyən edilməsi üçün təyyarədən istifadə edərək Yer səthinin 7 min metr dərinliyinə qədər hava maqnitometriya metodundan istifadə etməyə nail olduqlarını açıqlayıb.

Şərhlər: 0

Şərh yaz