Azinfo » İqtisadiyyat » Sənaye və energetika » ABŞ yanvarda əsas istehsalat sahələrində neft hasilatını artıracaq

ABŞ yanvarda əsas istehsalat sahələrində neft hasilatını artıracaq

Tarix : 13-12-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, gələn ilin yanvar ayında bu ilin dekabr ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) verdiyi məlumata görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 94 min barel və ya 1 % artaraq 9,319 mln. barelə çatacaq.


Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.

Xatırladaq ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.

Şərhlər: 0

Şərh yaz