Türkmənistan-Çin kəməri ilə 350 mlrd. kubmetrdən çox qaz tədarük edilib

Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkə prezidenti Sərdar Berdiməhəmmədov deyib.
Türkmənistan-Çin əməkdaşlığının ən perspektivli sahələrindən danışan Türkmənistan lideri yanacaq-energetika sektorunu xüsusi qeyd edib.
"2009-cu ilin sonunda istifadəyə verilən Türkmənistan-Çin qaz kəməri Asiya qitəsində həyata keçirilən ən böyük müştərək enerji layihəsinə çevrilib. Bu günə kimi onun vasitəsilə 350 mlrd. kubmetrdən çox təbii qaz tədarük edilib", - Sərdar Berdiməhəmmədov vurğulayıb.
Şərhlər: 0
Şərh yaz