"Airbnb" Rusiya və Belarusda fəaliyyətini dayandırıb

Yaşayış evlərinin qlobal onlayn xidməti olan "Airbnb" Rusiya və Belarusdakı istifadəçilərini bron etmək hüququndan məhrum edərək sözügedən ölkələrdə fəaliyyətini dayandırıb.
Azinfo.az "APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, Rusiya və Belarusda yaşayış yerlərinin icarəsi dayandırılıb və həmin ölkələrdən gələn qonaqlar da artıq başqa heç bir yerdə bron edə bilməyəcəklər.
Qeyd edilir ki, aprelin 4-dən başlayaraq "Airbnb" üzərindən Rusiya və Belarusdakı bronlar bütövlüklə ləğv olunub.
Şərhlər: 0
Şərh yaz
