Azərbaycan rusiyalı turistlər üçün ən populyar istiqamətlər sırasındadır

Soçidən populyar uçuş istiqamətləri sırasında Azərbaycan da yer alıb.
Rusiya mətbuatına istinadən xəbər veririk ki, bunu Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin deyib.
Onun sözlərinə görə, hazırda açıq əlçatan istiqamətlər üzrə yenilənmiş uçuş proqramları formalaşdırılır.
"Nəqliyyat qovşağı olan Soçi hava limanının imkanlarından istifadə etmək olar. Uçuşlar təkcə Türkiyə və BƏƏ-yə deyil, Ermənistan, Özbəkistan, Azərbaycana da uçuşlar var və bu istiqamətlər populyardır", - deyə D. Qorin qeyd edib.
Şərhlər: 0
Şərh yaz
