Azinfo » İqtisadiyyat » Turizm xəbərləri » Kəndlərdə qonaqlara kirayə verilən evlərin sayı artırılacaq

Kəndlərdə qonaqlara kirayə verilən evlərin sayı artırılacaq

Tarix : 22-07-2022   /   İqtisadiyyat / Turizm xəbərləri  


Turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

İşin əsas icraçısı Dövlət Turizm Agentliyidir.

İlkin olaraq kənd yerlərinin turizm potensialının reallaşdırılmasına dair Tədbirlər Planı həyata keçiriləcək.

2023-2025-ci illərdə 8 kənddə turizm əlaqəli infrastruktur işlərinin görülməsi, ümumilikdə kəndlərdə qonaqlara kirayə verilən evlərin sayının 20% artması nəzərdə tutulub.

Şərhlər: 0

Şərh yaz