Azinfo » Masallı Xəbərləri » Masallıda kütləvi ağacəkmə aksiyasına start verilmişdir

Masallıda kütləvi ağacəkmə aksiyasına start verilmişdir

Tarix : 18-10-2024   /   Masallı Xəbərləri  

Masallı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərin bir hissəsi olaraq kütləvi ağacəkmə aksiyasına başlanılıb. Bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında verilmiş 25 dekabr 2023-cü il tarixli Sərəncamın icrası çərçivəsində həyata keçirilir.

Rayon ərazisində iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə "Təmiz ətraf mühit" və "Yaşıllıqların salınması və qorunması" layihələri üzrə silsilə aksiyalar təşkil edilir. Bu tədbirlərin ən bariz nümunələrindən biri 18 oktyabr 2024-cü il tarixində Ələt-Astara magistral avtomobil yolunun mühafizə zolağı boyunca keçirilmiş kütləvi ağacəkmə aksiyasıdır. Bu aksiya çərçivəsində 2000-dən çox ağac əkilib.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı Araz Əhmədovun rəhbərliyi ilə keçirilən tədbirdə yerli idarə və müəssisələrin kollektivləri, ASAN könüllüləri və rayon sakinləri geniş iştirak ediblər. Aksiyanın əsas məqsədi ekoloji mühitin yaxşılaşdırılması, rayonun yaşıllaşdırılması və iqlim dəyişikliyi ilə mübarizədir. Masallı rayonunda ağacəkmə tədbirləri ilin sonunadək davam edəcəkdir.

Şərhlər: 0

Şərh yaz