Masallı rayonunda 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

Masallı rayonunun Çaxırlı kəndində şəhid Ağayev Ağamalı Şamil oğlunun və Ərkivan qəsəbəsində şəhid Əlizadə Famil Habil oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
Şəhidlərin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Şərhlər: 0
Şərh yaz
