Azinfo » Masallı Xəbərləri » Masallıda “Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı konfrans keçirilib

Masallıda “Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı konfrans keçirilib

Tarix : 08-11-2024   /   Masallı Xəbərləri  





Masallıda “Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı konfrans

2024-cü il noyabrın 8-də Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zəfər Günü” və “Şuşa Şəhəri Günü” münasibətilə “Sənə Zəfər Yaraşır, Azərbaycan” adlı konfrans keçirildi.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”ni ziyarət etdilər, şəhidlərimizə ehtiramlarını ifadə edərək onların xatirəsinə gül dəstələri qoydular və dualar etdilər.

Konfrans Ulu Öndər və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və eyni adlı videoçarxın izlənməsi ilə başladı. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açılış nitqində 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti təcavüzünə cavab olaraq Azərbaycanın əks-hücum əməliyyatlarına başladığını və zəfər yürüşündə böyük uğurlar qazandığını vurğuladı. O, Şuşa şəhərinin 8 noyabrda işğaldan azad edilməsinin tarixi əhəmiyyətini qeyd edərək, bu nailiyyətin hərb tarixində mühüm bir səhifə olduğunu bildirdi.

Daha sonra çıxış edən millət vəkili Məşhur Məmmədov, Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Tural Məmmədov, şəhid atası Qorxmaz Novruzov, Vətən müharibəsi iştirakçısı ehtiyatda olan mayor Bəhruz Mehbalıyev və QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov ordumuzun gücünü və əsgərlərin vətənpərvərliyini vurğuladılar. Onlar, Azərbaycan xalqının tarixi zəfər əldə edərək erməni işğalına son qoyduğunu və 44 günlük müharibənin unudulmaz bir qürur mənbəyi olduğunu qeyd etdilər.

Konfrans Masallı Mədəniyyət Mərkəzinin təqdim etdiyi rəngarəng konsert proqramı ilə başa çatdı.


























Şərhlər: 0

Şərh yaz