Masallı Rayon İcra Hakimiyyətinin Başçısı rayonun Xıl ərazisinin sakinləri ilə görüşü

21 noyabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Xıl ərazisinin sakinləri ilə keçirib.
Görüşdə əvvəlcə cənab Araz Əhmədov vətəndaşları salamlayaraq səyyar görüş-qəbulunu açıq elan etmişdir. Sonra o, Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə söz verərək, əvvəlki görüşdə qaldırılan məsələlərin həlli ilə bağlı məlumat almışdır.
Görüş zamanı rayon rəhbəri vətəndaşların narahatlıq doğuran məsələlərini diqqətlə dinləmiş, qaldırılan bəzi məsələləri dərhal yerində həll etmişdir. Digər məsələlərlə bağlı isə qanunvericiliyə uyğun izahatlar verilmiş və həmin məsələlərin həlli üçün müvafiq qurumlara tapşırıqlar verilmişdir.
Araz Əhmədov yekunda vurğulamışdır ki, Masallı Rayon İcra Hakimiyyətində vətəndaş müraciətləri daim diqqətdə saxlanılır və bu cür görüşlər davamlı olaraq keçiriləcəkdir.





Şərhlər: 0
Şərh yaz
