Azinfo » Masallı Xəbərləri » Masallı məişət tullantıları poliqonunda anti-sanitar vəziyyət tarixə qovuşub.

Masallı məişət tullantıları poliqonunda anti-sanitar vəziyyət tarixə qovuşub.

Tarix : 24-11-2024   /   Masallı Xəbərləri  

Masallı rayonunda uzun illər idi ki, böyük bir ərazidə fəaliyyət göstərən poliqonda məişət tullantılarının hündürlüyü yeddi metrə çatmışdı. Poliqonun rayon mərkəzinə yaxın bir məsafədə yerləşməsi insanların sağlamlığına da ciddi təhlükə yaradırdı. Mütəmadi olaraq poliqonda yanğın, tüstü müşahidə olunurdu. Ətrafı xoşagəlməz qoxu bürüyürdü. 

Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun təşəbbüsü, təşkilatçılığı və nəzarəti altında 2022- ci ilin dekabr ayında 400 metr uzunluğunda, 10 metr enində və 7 metr hündürlüyündə ərazi məişət tullantılardan tam olaraq təmizləndi. Bu gün şahidi olduğumuz mənzərə olduqca heyranedicidir. Ağaclar əkilib, yaşıllıqlar salınıb və gül kolları əkilmişdir.

Azinfo.az saytının çəkiliş qrupu bu gün sözügedən ərazidə olub. Ərazidə əvvəlki anti-sanitar vəziyyətdən əsər-əlamət qalmayıb. Orada olduğumuz müddətdə zərrə qədər də pis qoxu hiss etmədik.

Poliqonun nəzarətçisi bildirildi ki, ərazi rayon rəhbərinin tam nəzarətdədir. Mütəmadi olaraq ərazidə olur və tapşırıqlar verir.

Qeyd edək ki. görülən işlər minlərlə rayon sakininin sağlamlığına xidmət edir. Ərazidə əvvəllər baş verən anti-sanitar vəziyyət tarixə qovuşub . Bu layihə ölkə ərazisində ilk olaraq Masallı rayonunda həyata keçirilib. 

Şərhlər: 0

Şərh yaz