47 saylı Yİİ MMC haqqında yayılan dezinformasiyalara cavab

Günümüzdə saxtakarların, şantajçıların sayı o qədər artıb ki , çöldə gördüyümüz 10 nəfərdən biri bunlardandır. Səbəb isə sosial medianın müstəqilləşməsi və hər kəsin söz azadlığı hüququndan istifadə etməsidir. Lakin , məsələ burasındadır ki, bunlar vətəndaş mövqeləri ilə deyil , jurnalistmiş kimi işlər görür yazılar yazırlar. Şantajçı, reket jurnalistləri örnək alan bu kiçik "mediacıqlar" güclülərə, zəiflərə , günahkarlara , günahsızlara bir sözlə kimlərəsə daş atıb, daha sonra müəyyən vəsait qarşılığında daşları yığmaq istəyirlər.
Çünki hər kəs media gücünü bilir. İctimai qınağın nəyə yol aça biləcəyini bilir. Lakin əsasən bu daşları yığdıranlar qorxacaq işləri , çəkinəcək əməlləri olanlar olur ki , hər şeyin açılıb-ağardılmasını və həqiqətlərin üzə çıxmasını istəmir.
Uzun sözün qısası bu yazımızda , bu "mediacıq"lardan biri və onun növbəti hədəfi haqqında yazacağıq.
Az öncə qeyd etdiyimiz kimi TikTok platforması üzərindən Ram.Tv istifadəçi adı altında şantajyönlü paylaşımlar edən kimliyi məlum olmayan şəxs və ya şəxslər Masallı Yİİ rəisi Mirmahmud Bağırovu hədəf seçməyi qərara alıb.
Videonu görməyənlər üçün bildirək ki , videoda Masallı rayon Yİİ zavodundan buraxılan qara tüstüdən bəhs olunaraq , Mirmahmud Bağırovun ekoloji təhlükə yaratdığı bildirilib. Öncəliklə bunu bildirək ki , ora asfalt zavodudur və asfalt , qır istehsal olan bir zavodda istilikdən yaranan hər hansı bir tüstü və ya buxar gözləniləndir ki , zavod da burada özbaşına qurulmayıb. Mirmahmud Bağırova qarşı başlanılan bu qarayaxma kampaniyasına qarşı öz mövqeyimizi bildirməyi özümüzə borc bildik. Bu səbəbdən cavab olaraq , Mirmahmud Bağırovun Masallı və masallılılar üçün xidmətlərinin bir hissəsini paylaşmaq istəyirik.
Mirmahmud Bağırov hər zaman vətəndaşların rifahının yaxşılaşdırılması üçün əlindən gələni edən , aztəminatlı ailələrə , şəhid ailələrinə, qazilərə öz yardımını əsirgəməyən, Ərkivan kəndinin xeyriyyə işlərində böyük pay sahibi olan messenantdır.
80 şəhid ailəsinin yaşadığı küçələrə düşənilmiş 100.000m² asfalt ( təxminən milyon manat dəyərində) məhz Mirmahmud Bağırovun başçılığı ilə həyata keçirilmişdir.
Mirmahmud Bağırov bir daha qeyd edək ki, xeyirxah, xeyriyyəçi və vətənpərvər insandır. Ağlı başında olan hər bir Masallı sakini də bunu yaxşı bilir ki , heç kim Ağaya ləkə yaxa bilməz. Ram.TV də bunu bilsin ki , Mirmahmud Bağırov onlar kimi əqidəsiz insanlara heç vaxt çörək ağacı olmaz. İstədikləri qədər paylaşım etsinlər. Mirmahmud Bağırovu el tanıyır. Elin gözü tərəzidir.
Şərhlər: 0
Şərh yaz
