Azinfo » Masallı Xəbərləri » 47 saylı Yol İstismarı Sahəsi MMC-nin kollektivi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

47 saylı Yol İstismarı Sahəsi MMC-nin kollektivi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Tarix : 22-02-2025   /   Masallı Xəbərləri  

47 saylı Yol İstismarı Sahəsi MMC-nin kollektivi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər 

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi ölkənin yol infrastrukturunun inkişafı və modernləşdirilməsi istiqamətində mühüm işlər görən bir qurumdur. Yol-nəqliyyat sisteminin müasir tələblərə uyğunlaşdırılması, avtomobil yollarının keyfiyyətli şəkildə yenidən qurulması və vətəndaşların rahat və təhlükəsiz hərəkət etməsinin təmin edilməsi Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin əsas vəzifələrindəndir.

Masallı rayonunda yol infrastrukturunun yenilənməsi və abadlıq işlərində “47 №-li  Yol İstismarı sahəsi “MMC-nin xüsusi rolu vardır. Bu qurum, yalnız avtomobil yollarının təmiri və yenidən qurulması ilə kifayətlənməyib, həm də vətəndaşların sosial rifahını artırmaq üçün əhəmiyyətli addımlar atmışdır.

Rayon icra hakimiyyəti başçısı cənab Araz Əhmədovun tapşırığına əsasən, “47 №-li  Yol İstismarı sahəsi “MMC tərəfindən Masallıdakı 80 şəhid ailəsinin yaşadığı küçələrdə ümumilikdə 100.000 m² asfalt örtüyü döşənmişdir. Bu nəhəng layihənin dəyəri təxminən bir milyon manatdır və şəhid ailələrinin rahatlığını təmin etmək məqsədi daşıyır.

Bu işlərin uğurla həyata keçirilməsində “47 №-li  Yol İstismarı sahəsi “MMC-nin direktoru Mirmahmud Bağırovun əvəzsiz xidmətləri və fədakar əməyi xüsusi qeyd olunmalıdır. O, rəhbərlik etdiyi kollektivlə birlikdə Masallı rayonunun yol infrastrukturunun yenilənməsində böyük rola malikdir. Onun yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı və yorulmaz fəaliyyəti nəticəsində Masallıda avtomobil yolları müasir tələblərə uyğun şəkildə yenilənmiş, vətəndaşların rahatlığı üçün mühüm addımlar atılmışdır. Mirmahmud Bağırovun gərgin əməyi nəticəsində rayonun bir çox küçələrində yollar yüksək keyfiyyətlə təmir olunmuş, avtomobillərin və piyadaların təhlükəsiz hərəkəti təmin edilmişdir. Onun rəhbərliyi altında görülən işlər təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətli irs qoymuşdur.

Yol infrastrukturu hər bir regionun sosial-iqtisadi inkiafında əsas amillərdən biridir. Yolların keyfiyyətli və təhlükəsiz olması təkcə vətəndaşların rahatlığını təmin etmir, həm də regionda kənd təsərrüfatı, sənaye və ticarət sahələrinin inkiafına töhfə verir. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun uzaqgörən rəhbərliyi ilə həyata keçirilən bu layihələr ölkənin yol şəbəkəsinin daha da müasirləşdirilməsinə xidmət edir.

Masallı rayonu da daxil olmaqla ölkənin müxtəlif bölgələrində Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən həyata keçirilən infrastruktur layihələri Azərbaycanın iqtisadi inkiafına töhfə verməklə yanaşı, vətəndaşların rifahının yüksəldilməsinə də xidmət edir.

2025-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş yol infrastruktur layihəsinə əsasən, Masallı rayonunda 23 km uzunluğunda Xıl-Sirəbil, Mololon, Allahyarlı və Çayqıraq yollarının da təmiri nəzərdə tutulmuşdur. Bu layihə regionun inkişafına mühüm töhfə verəcək və əhalinin bu ərazilərdə də rahat hərəkət etməsini təmin edəcəkdir.

Şərhlər: 0

Şərh yaz