Kulinariya festivalı: Şuşa deyildiyi kimi var imiş!
Üç gün idi ki, davam edən soyuqdəymə və narahatlığımı heç bir müalicə vasitələri ilə deyil, sırf “Şuşaya gedirsən!” cümləsi ilə ötüşdürəcəyim ağlıma da gəlməzdi. Amma oldu. Necə ki bir gecə yatıb durduq ki, haqq davamız başlayıb. Necə ki bir gecə yatıb durduq ki, ordumuz Şuşa boyda sevinci qucub artıq.Xülasə, Azərbaycan Ordusu üzərinə düşəni edib – bizi əzəli və əbədi torpaqlarımıza qovuşdurub. İndi sıra bizdədir – media və qələm əhlində. Qarabağ və onun incisi Şuşanı 30 illik həsrətdən sonra həm özümüz təzədən dərk etməli, həm də yazıb “Bizimdir!” şəklində dünyaya dərk etdirməliyik.
İlk dəfə Füzulidə
Füzuliyə çatanda səhər çoxdan açılmışdı. Bu da sevincimə ayrı bir sevinc qatırdı. Nədən ki, Şuşaya gedən yolun başlanğıcı olan Füzulidə də ilk dəfə olacaqdım, ilk dəfə görəcəkdim o Füzulini.
Şərhlər: 0
Şərh yaz
